USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib

13.11.2020 Bank
0 0
Noyabrın 12-də Amerika fond bazarında Dow Jones indeksi 1,08% – 29,080.17 bəndədək, SP 500 indeksi 1% – 3,537.01 bəndədək, Nasdaq indeksi isə 0,65% – 11,709.59 bəndədək enib.

"Kommersant.az"ın məlumatına görə, Avropa fond bazarlarında noyabrın 12-də FTSE 100 indeksi 0,68% – 6,338.94 bəndədək, Fransa CAC-40 indeksi 1,52% – 5,362.57 bəndədək, Almaniya DAX-ı isə 1,24% – 13,052.95 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,95% artaraq 1 880,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,29% artaraq 1,1805 dollar təşkil edib.