USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İşğaldan azad olunmuş ərazilərdə bank xidmətləri ilə bağlı müzakirələr

18.11.2020 Bank
0 0
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bank xidmətləri infrastrukturu ilə əlaqədar istiqamətlər müzakirə edilib.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) bildirilib ki, qurumun rəyasət heyətinin geniş tərkibdə iclası keçirilib. İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və assosiasiya arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış memoranduma əsasən, özünüməşğulluq proqramının icra vəziyyəti, işğaldan azad edilmiş ərazilərdə bank xidmətləri infrastrukturu ilə əlaqədar istiqamətlər və digər cari məsələlər müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.