USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

PAŞA Bankdan ölkənin İT sferasının inkişafına növbəti dəstək

19.11.2020 Bank
0 0
Ölkənin aparıcı korporativ bankı - PAŞA Bankın baş sponsorluğu ilə “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” beynəlxalq onlayn tədbiri keçiriləcək.

4-6 dekabr 2020-ci il tarixində baş tutacaq tədbir çərçivəsində müvafiq sahə üzrə gənc proqramçılar, mühəndislər və İT sahəsində təhsil alan istedadlı şəxslər bir araya gələcəklər. Tədbirin məqsədi təhlükəsizlik və müdafiə sahələrində innovativ arxitektura və proqram həllərinin tətbiqi, bu istiqamətdə müxtəlif tərəflər arasında əməkdaşlığın artırılmasıdır.

Həmçinin qeyd edək ki, tədbir çərçivəsində dünyanın diqqətini Qarabağ münaqişəsinə yönəltmək və Qarabağ həqiqətlərini dünyaya çatdırmaq nəzərdə tutulur.

3 gün ərzində davam edəcək hakatonda informasiya təhlükəsizliyi, rəqəmsal təbliğat, müdafiə texnologiyaları, əhalinin təhlükəsizliyi həlləri mövzuları üzrə müzakirələr aparılacaq, qiymətləndirmə üçün hazır məhsul və ya prototiplər təqdim olunacaq.

Qeydiyyat üçün son tarix: 30 noyabr

Qeydiyyat üçün keçid: //globaldeftech.com