Müştərilərini hər zaman maraqlı və sərfəli kampaniyalarla sevindirən Bank Respublika , həftəsonu endirimləri ərəfəsində yeni “Faydalı Cümə”adlı kredit kampaniyasına start verir.
Kampaniya çərçivəsində “Bank Respublika”dan kredit götürmək həm RAHAT, həm də SƏRFƏLİ olacaq!
Belə ki, yalnız bir gün noyabr ayının 27-də “Bank Respublika”ya müraciət edən istənilən peşə sahibləri 30.000 AZN-dək nağd istehlak kreditlərini illik 15%-lə əldə edə biləcəklər.
Müştərilər krediti onlayn olaraq Bank Respublika”nın rəsmi saytından, facebook səhifəsindən , eləcə də WhatsApp-da Çat-Bot xidmətindən istifadə edərək 051 4 144 144 nömrəsinə “Kredit” yazıb göndərərək də sifariş edə bilərlər.
“Bank Respublika”da nağd kredit götürməyin digər üstünlükləri də var:
Növbəsiz və tez bir zamanda rəsmiləşdirmə
Sığorta xərci yoxdur
Rəsmi gəlirdən asılı olaraq maaşın 10 mislinədək məbləğdə kredit zaminsiz də təqdim edilə bilər