USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ermənistan-Azərbaycan əlaqələri bərpa olunur? - Paşinyandan ŞOK

25.11.2020 Siyasət
0 0
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla dövlətlərarası münasibətlərin tədricən normallaşması prosesindən danışıb.

O, bu məsələyə Rusiyanın TASS agentliyinə müsahibəsində toxunub.

Jurnalistin “Birgə bəyanatda bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması öhdəliyi qoyulur. Bu, Azərbaycanla dövlətlərarası münasibətlərin tədricən normallaşması üçün başlanğıc nöqtəsi sayıla bilərmi?” sualına Ermənistan rəhbərinin cavabı belə olub:

“Bu, çox vacib bir məqamdır və düşünürəm ki, yaxın gələcəkdə buna diqqət yetirməliyik. Çünki təkcə Ermənistanda deyil, bütün bölgədə iqtisadi sabitləşmədən danışarıqsa, konkret addımlar atmalıyıq. Ermənistanda yaranan iqtisadi vəziyyətdən danışırıq.

Əlbəttə, nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı mövcud olan siyasi razılaşma yalnız bölgədəki iqtisadi vəziyyətin deyil, eyni zamanda regionumzudakı iqtisadi inkişafın bütün məntiqinin dəyişdirilməsi üçün başlanğıc nöqtəsi ola bilər. Ümid edirəm ki, ortaq bəyanatda yer alan siyasi razılaşmaları həyata keçirə biləcəyik. Xüsusilə iqtisadi infrastrukturun, dəmir yolları və sairin blokadadan çıxarılmasını nəzərdə tuturam”.Teleqraf