İngiltərə Mərkəzi Bankı faiz qərarını açıqladı

21.06.2018 Bank
İngiltərə Mərkəzi Bankı faiz nisbətini dəyişdirməyərək 0.5%-də, aktiv (qiymətli kağız) alışı proqramını da 435 milyard funt sterlinqdə saxladı.

İngiltərə Mərkəzi Bankı (BoE) keçirilmiş iclasın ardından yaydığı açıqlamaya görə, faiz nisbəti 0,50%-də saxlanılıb. Bazarlarda da BoE-nin faiz nisbətində bir dəyişikliyə getməyəcəyi gözləntisi var idi.

BoE, Aktiv Alışı Proqramını da bazar gözləntisi istiqamətində dəyişməyərək 435 milyard funt-sterlinq olaraq saxlayıb.

Bütün üzvlər ilk rübdə iqtisadiyyatdakı səngimənin müvəqqəti olacağını bildiriblər. İnflyasiyanın yaxın perspektivdə gözləniləndən daha sürətli yüksələcəyi qeydə edilib.


Cümə günü Pul Siyasəti Komitəsi İngiltərənin 2-ci rübdə 0.4% artacağını proqnozlaşdırmışdı. Mərkəzi Bankın üzvləri May ayında da faizin artırılmasını gözləniləndən daha zəif açıqlanan göstəricilər səbəbindən təxirə salmışdı.