USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

VTB (Azərbaycan) Facebook və WhatsApp vasitəsilə beynəlxalq pul köçürmələri xidmətini işə salıb

11.12.2020 Bank
0 1
Bank VTB (Azərbaycan)-ın müştəriləri filiala gəlmədən digər ölkəyə pul köçürmək imkanı əldə ediblər. Çat-bank Direct-də mövcud olan “Beynəlxalq pul köçürmələri” xidməti WhatsApp və ya Facebook Messenger – dəVTB (Azərbaycan)-ın Visa kartlarından xarici bankların Visa kartlarına pul köçürməyə imkan verir.

Köçürmənin maksimal məbləği gün ərzində 1000 dollar və ay ərzində 10000 dollardır (və ya digər valyuta ekvivalenti). Komissiya vəsaitin göndərildiyi ölkədən asılı olmayaraq köçürülən məbləğin 1% -nitəşkil edir.

Pul köçürmək üçün WhatsApp və ya Facebook mesencerlərində Direct çat-bankında qeydiyyatdan keçmək lazımdır. WhatsApp istifadəçiləri əsas menyuda “Köçürmələr”, Facebook Messenger istifadəçiləri isə “Ödənişlər”, daha sonra “CardtoCardköçürmələri” funksiyasını seçməlidirlər. Açılan pəncərədə “Beynəlxalq köçürmələr” bölməsinə daxil olub və vacib olan xanaları (kartın və vəsaiti alan şəxsin adı) doldurmaq lazımdır. Vəsait hesaba dərhalköçürülür.

“Bank əməliyyatlarını elə mesencerlərdə həyata keçirməyə imkan verən çat-bank Direct müştərilərimiz arasında çox populyardır. Biz də istifadəçilər üçün xidmət siyahısının genişləndirilməsi istiqamətində daim çalışırıq. İndi Visa kart istifadəçiləri üçün Direct-də kartdan karta beynəlxalq pul köçürmələri xidməti mövcuddur. Doğmalarınıza pul köçürmək indi sadə və rahatdır” – deyə, bank VTB (Azərbaycan)-ın “Rəqəmsal bank” layihə ofisinin rəhbəri Kamila Şahbazova bildirib.