USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şəhid ailələrinə ödənişlər edildi

11.12.2020 Bank
0 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərindən artıq 1000-dək şəxsə sosial təminat növləri üzrə ödənişlərin təyinatını aparıb.

Nazirlikdən verilən məlumata görə, onlara Prezidentin aylıq təqaüdü, həmçinin pensiya, müavinətlər təyin olunub. Hazırda digər şəhid ailələri üzvlərinə də sosial ödənişlərin təyin olunması prosesi davam etdirilir.

Xatırladaq ki, Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinin və müharibə iştirakçılarının sosial təminat hüquqlarının təminatına operativ dəstək göstərilməsi üçün işçi qrup fəaliyyət göstərir. Şəhid ailələrinin müvafiq sənədləri təqdim etmələrini gözləmədən, bu sənədlər aidiyyəti qurumlardan alınaraq toplanır və həmin ailələrin üzvlərinə sosial təminat növləri üzrə ödənişlər təyin olunur.