Mərkəzi Bank 200 milyon manat cəlb edir

14.12.2020 Bank
Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

Mərkəzi Bankdan bildirilib ki, hibrid hərracda 200 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Məbləğin artırıla bilən hissəsi hərrac məbləğinin maksimum 20 faizidir. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,01-6,49 faiz təşkil edir.