Bank sektorunda 2020-ci ilin 10 ayı ərzində nə baş verib? - Samir Əliyev açıqlayır

16.12.2020 Bank
Bank sektorunda 10 ayda nə baş verdi?

"Kommersant.az" xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev sosial şəbəkə profilində fikirlərini bölüşüb.

O qeyd edib ki, 2020-ci ilin yanvar-oktayr ayları ərzində bank sektorunda aşağdakılar baş verib:
- 4 bank bağlanıb. Bankların sayı azalaraq 30-dan 26-ya düşüb. Bağlanan bankların 2-si xarici, 2-si də yerli kapitallı banklardır.

- Bank filiallarının sayı 509-dan 444-ə, şöbələrinin sayı isə 133-dən 116-ya düşüb.
- 924 bank işçisi işini itirib. Bank işçilərinin sayı 19460-dan 18536-ya enib.
- Bankların aktivləri AZN 32,7 milyarddan AZN 30,7 milyarda qədər azalıb. Səbəb əsasən 4 bankın bağlamasıdır.
- Kredit qoyuluşu 3,2% azalıb. Bankların müştərilərə verdikləri kreditlərin həcmi AZN 15,2 milyarddan AZN 14,7 milyarda qədər azalıb. Kredit resurslarının cəmi aktivlərdə payı 46,5%-dən 48%-ə yüksəlib.
- Bankların qiymətli kağızlara yatırımları AZN 3,3 milyarddan AZN 4,3 milyarda yüksəlib.
- Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün AZN 1,5 milyardlıq məqsədli ehtiyatlar cəmisi 182 milyon AZN azalıb.
- Ümumi depozit qoyuluşu 8,7% azalıb. Bankların depozitlərdən asılılığı azalıb. Cəlb edilən resurslarda depozitlərin payı 80%-dən 78,7%-ə düşüb.
- Xalis mənfəət azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xalis mənfəət AZN 572,9 milyondan AZN 478 milyona qədər azalıb.

Qeyd edək ki,Samir Əliyev bu məlumatları Mərkəzi Bank tərəfindən təqdim edilən hesabat əsasında tərtib etdiyini bildirib.