USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Yelo Bank" işçi axtarır - VAKANSİYA

18.12.2020 Bank
0 0
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “İnsan Resursları İdarəedilməsi Departamentində Aparıcı mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “HR_Labor regulation” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Vəzifə öhdəlikləri:

• Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rəhbərinin əmrlərinə uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilmək;
• Əmək kitabçalarının əmrlər əsasında doldurulmaq;
• Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək, əmək kitabçalarını qorumaq, kadrlar üzrə təyin olunmuş sənədləri icra etmək eləcə də işçilərin mükafatlandırılması üçün materiallar hazırlanmaq;
• Kadr axınının səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq və rəhbərliyə təqdim etmək. İxtisas və attestasiya komissiyalarına lazım olan materialı hazırlamaq, attestasiya komissiyasının işində bilavasitə iştirak etmək;
• Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
• Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsinə, Şirkətdə ezamiyyətə gələn işçilərin qeydə alınmasında iştirak etmək;
• İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq;
• Kadrlar üzrə cari və perspektiv planları işləyib hazırlamaq;
• Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
• Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirilmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək.

Tələblər:

• Bankın dəyərlərinə uyğun davranış;
• Ali təhsil;
• MS Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı;
• AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
• Xarici dil bilikləri - Rus dili sərbəst, həmçinin İngilis dili biliyi arzu olunandır;
• Yüksək dərəcədə analitik düşüncə qabiliyyəti;
• Səmərəli ünsiyyət qurmaq bacarığı və komanda ilə işləmə bacarığı;
• İşlərini planlaşdırma bacarığı;
• Məsuliyyətlilik, dürüstlük, çeviklik və problemi həll etmə bacarığı.

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.