USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda dollara tələbi bir qədər də artdı

22.12.2020 Bank
0 0
Növbəti hərracda dollara tələbin artdığı məlum olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilir.

22 dekabr 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 74.3 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Cəmi olaraq isə 7 valyuta hərracında 475 mln. dollar vəsait satılıb. Öncəki ayla müqayisədə 8.1% artıb. Noyabrın eyni saylı ilk hərraclarında 439.3 mln. dollar satılmışdı.

Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.