USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“İndi büdcənin yığcamlaşdırılmasına getsək...” - Elman Rüstəmov

23.12.2020 Bank
0 0
“Biz indi büdcənin yığcamlaşdırılmasına getsək, ciddi makroiqtisadi risklər yaradarıq”.

"Kommersant.az" xəbər verir ki, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Sədr bildirib ki, ölkənin maliyyə buferinin dəstəklənməsi üçün Azərbaycan hökuməti çox ciddi və düşünülmüş iqtisadi manevrlər edir: "Mövcud ehtiyatlardan istifadə edilir, makroiqtisadi sabitlik təmin olunur. İqtisadi subyektlərə, əhaliyə genişmasştablı yardım göstərilir. Bu siyasətdən çıxış strategiyası da olmalıdır. Amma ilk olaraq bunun üçün şərtlər yetişməlidir. Əgər pandemiya ilə bağlı vəziyyət aradan qaldırılsa, biz 2022-ci ilin büdcəsində vəziyyətdən çıxış strategiyası hazırlayacağıq".