Bank VTB (Azərbaycan) Visa kart sahibləri bütün xidmətlər üzrə 7% -lik, eləcə də doğulduqları ay ərzində yaşları qədər endirim əldə edəcək. Bundan başqa, onlar ildə bir dəfə ödənişsiz qan analizi verə bilər.
Bank VTB (Azərbaycan)-ın Visa Platinum premium kartı ilə Sağlam Ailə və Ultralab klinikalarında COVİD-19 testindən pulsuz keçmək mümkündür. Bunun üçün istifadəçilər Konsyerj xidmətinə qoşulmalıdırlar.
Bu güzəştlərdən yararlanmaq üçün plastik kart ilə nağdsız ödəniş etmək vacib deyil – tibbi müəssisələrdə kartı göstərmək kifayət edir. Endirimlər bank VTB (Azərbaycan)-ın bütün Visa kart sahiblərinə aiddir.