USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yelo Bankda Risk İdarəsi üzrə yeni baş direktor təyin olunub

12.01.2021 Bank
0 0
Məlumat olaraq bildiririk ki, Rəsul Mənsimli Yelo Bank-ın Risk İdarəsi üzrə baş direktoru təyin olunub.

2013-cü ildə Bakı Dövlət Universitetini Dünya iqtisadiyyatı ixtisası üzrə bitirən Rəsul bəy, karyerasına 2015-ci ildə Unibank`da istehlak kredit riskləri üzrə mütəxəssis kimi başlayıb. 2016-cı ildən 2017-ci ilədək Rəsul bəy, Nikoil Bank`ın əməkdaşı olmuş və risklər üzrə aparıcı mütəxəssisdən Analitika, hesabat və ehtiyatlara nəzarət şöbəsinin müdirinə kimi yüksəlmişdir. 2017-ci ildən Azərbaycan Beynəlxalq Bankında Risklərin idarəedilməsi departamentində direkor müavini olaraq böyük nailiyyətlər və uğurlar əldə etmişdir.