USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əmanətçilərə kompensasiya ödənişi 621 milyon manatı keçib

26.01.2021 Bank
0 0
Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 24 min 282 əmanətçiyə 621 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

"Kommersant.az" Əmanətlərin Sığortalanması Fonduna istinadla bildirir ki, "Atabank"ın 9 722 əmanətçisi 242 milyon 406 min 456 manat, "Amrah Bank"ın 5 758 əmanətçisi 139 milyon 487 min 508 manat, "AGBank"ın 4 623 əmanətçisi 111 milyon 18 min 792 manat, "NBC Bank"ın isə 4 179 əmanətçisi 128 milyon 533 min 272 manat kompensasiya alıb.

"Atabank" və "Amrah Bank"ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Kapital Bank" ASC-nin adlı debet kartları və "Xəzri" sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

"AGBank" və "NBC Bank"ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.