USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tural Yusifov “AccessBank”ın yeni simasıdır

04.02.2021 Bank
0 0
Tele-radio aparıcı Tural Yusifov “AccessBank”ın yeni simasıdır. Məşhur, Bankın reklam və marketinq kampaniyalarında iştirak edəcək. Cənab Yusifovun iştirakı ilə çəkilmiş “AccessBank”ın nağd kredit kampaniyasının reklam çarxı artıq müştərilərə təqdim edilib.

Qeyd edək ki, bu razılaşma Tural Yusifovun maliyyə sektorunda ilk anlaşmasıdır. Cənab Yusifov tele-radio aparıcı və bloger kimi fəaliyyət göstərir. Onun radioda gündəlik olaraq praym taymda yayımlanan verilişi yerli radio məkanda ən çox dinlənilən proqramlardan biridir.

Daha öncə beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov “AccessBank”ın depozit kampaniyasının siması qismində çıxış edib. O, Bankın depozit kampaniyasını “İlk gedişdən qələbə” şüarı ilə təmsil edib.