USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankların dollar tələbi sentyabrdan bu tərəfə ən aşağı həcmə düşdü

11.02.2021 Bank
0 0
11 fevral 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

Hərracda tələb öncəki hərracla müqayisədə daha 1.8% azalmaqla 56.1 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Bu sentyabrın 5-ci hərracında qeydə alınmış 54.4 mln. dollar həcmindən bu tərəfə ən aşağıdır.

Beləliklə, fevralın ilk dörd hərracında 233.4 mln. dollar satılıb.