USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan öhdəliyi tam yerinə yetirdi

11.02.2021 İqtisadiyyat
0 0
2021-ci ilin yanvar ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 752 min barel olub. Bunun 593 min barelini xam neft, 159 min barelini isə kondensat təşkil edib.

Bu barədə Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, "Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olmuş Azərbaycan 2021-ci ilin yanvar ayında gündəlik xam neft hasilatını 123 min barel azaldaraq 595 min barel həcmində saxlamalıdır.

Qeyd edək ki, cari ilin 5 yanvar tarixində keçirilmiş "OPEC+" ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral və mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7,125 mln. barel, martda isə 7,05 mln. barel təşkil etməlidir. Azərbaycanın bu ilin yanvar ayındakı 123 min barel həcmində öhdəliyi fevral və mart aylarında sabit şəkildə qalmalıdır.

  • Əvvəlki

    Müdafiə Nazirliyindən məlumat yaydı

Digər xəbərlər

30.04.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
30.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0