USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bankdan sərfəli “Sahibkar” kredit kartı

17.02.2021 Bank
0 0
Dövlət bankı Azər Türk Bankın gerçəkləşdirdiyi “Sahibkar” kredit kartı layihəsi kiçik və orta biznes subyektlərinin Bankın təqdim etdiyi məhsullara, o cümlədən maliyyəşməyə çıxışını daha da asanlaşdırmışdır.

Bank “Sahibkar” kredit kartı vasitəsilə, sahibkarlara güzəşt müddətli və imtiyazlı illik faiz dərəcəsi olan kredit xətti təqdim edir.
Belə ki, 40 günədək güzəşt müddəti olan bu kredit xətti, sahibkarın aylıq gəlirinin 80% -i həcmində, maksimal məbləğ 5 min manat olmaqla, heç bir zamin və təminat tələb edilmədən rəsmiləşdirilir.
Azər Türk Bankın “Sahibkar” kredit kartını əldə etmək üçün Bankın istənilən xidmət ofisinə gələrək, yaxud Bankın internet səhifəsinə daxil olaraq onlayn sifariş vermək olar.
Daha ətraflı məlumatı https://atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli çağrı mərkəzindən əldə edə bilərsiniz.