USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət istiqrazları üzrə hərraclar keçiriləcək - MƏBLƏĞ

18.02.2021 Bank
0 0
23 fevral 2021-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib.

Dövlət istiqrazının növü

Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0106006882

Emissiya həcmi

20 000 000 manat

Nominal dəyəri

100 manat

İstiqrazların tədavül müddəti

1092 gün

Faiz ödənişləri (olduqda)

24 avqust 2021-ci il, 22 fevral 2022-ci il, 23 avqust 2022-ci il, 21 fevral 2023-cü il,

22 avqust 2023-cü il, 20 fevral 2024-cü il

Faiz gəliri

7.5 %

Ödəmə tarixi

20.02.2024

Anderrayter

"PAŞA Kapital İŞ" QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən