Qarabağ Azərbaycandır!

"Azər-Türk Bank" xidmət şəbəkəsini genişləndirir

19.02.2021 Bank
“Azər-Türk Bank”ın xidmət şəbəkəsi genişləndirilərək, paytaxtda bankın 1 saylı şöbəsi yaradılıb.

Bankdan verilən məlumata görə, şöbə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti - 115 ünvanında yerləşən 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin tərkibində fəaliyyət göstərir. Həmin mərkəzə müraciət edən vətəndaşlara bank xidmətləri “Azər-Türk Bank” tərəfindən yerinə yetiriləcək.

“Azər-Türk Bank”ın məhsul və xidmətləri barədə ətraflı məlumatı www.azerturkbank.az saytından, yaxud 945 nömrəli müştəri xidmətindən əldə etmək mümkündür.