USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftin qiyməti 67 dolları ötdü

25.02.2021 Bank
0 0
Beynəlxalq bazarlarda “Brent” markalı neftin bir bareli ötən ilin yanvarın 8-dən bəri ilk dəfə 67 dollardan baha satılıb.

"Kommersant.az" xəbər verir ki, "Brent" markalı xam neftin aprel fyuçersləri 2,68 faiz artaraq, 67,12 dollara, may fyuçersləri isə 2,45 faiz artaraq, 66,06 dollara qalxıb.

WTI markalı xam neftin aprel fyuçersləri 2,27 faiz qalxaraq, 63,07 dollara realizə olunub.

Daha əvvəl ABŞ Energetika Nazirliyi ölkədəki neft istehsalının keçən həftə avqustdan bəri ən aşağı səviyyəyə düşdüyünü, bir həftə əvvəl 10,8 milyon barel olan istehsalın 9,7 milyon barelədək gerilədiyini açıqlamışdı.