“M Bulak” BOKT-un direktoru dəyişdi

04.03.2021 Bank
“M Bulak” MMC bank olmayan kredit təşkilatı (BOKT) direktoru, Qırğızıstan vətəndaşı Ernest Uraimov vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, BOKT-a rəhbərlik yenə də adı çəkilən ölkənin vətəndaşı Altun Şakirovaya həvalə olunub.

Xatırladaq ki, "M Bulak" 2005-ci ildən fəaliyyət göstərən "İnvest Kredit" MMC-nin bazasında 2011-ci ildə "Mol Bulak" adı ilə yaradılıb, 2020-ci ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 10,408 milyon manatdır. BOKT-nin təsisçisi Qırğızıstanın mikromaliyyə investoru olan "Gascoyne Investment Ltd." şirkətidir.