USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Ziraat Bank Azərbaycan" işçi axtarır - VAKANSİYA

04.03.2021 Vakansiya
0 0
“Ziraat Bank Azərbaycan” ASC İnformasiya Texnologiyaları departamentində Sistem administratoru vəzifəsinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

• Müvafiq sahə üzrə Ali təhsil;
• RHСSA, MCSA, MCSE üzrə biliklər;
• LoadBalancer/Failower sistemlərinin qurulması və idarə olunması (citrix və s.);
• Administrator səviyyəsində Red Hat, Windows əməliyyat sistemləri ilə çalışma bacarığı;
• Windows və Linux server əməliyyat sistemlərinin işində baş verə biləcək hadisələrin diaqnostikası və onların aradan qaldırılması üzrə iş təcrübəsi;
• VMWare əsaslı virtual maşınların idarə olunması;
• “Bank storage”-lərinin idarə edilməsi (Dell və s.);
• “Backup” sisteminin idarə ediməsi (BackupExec);
• “Bank Firewall”-rının idarə edilməsi (PaloAlto, ASA);
• Tapşırıqların texniki həllinə analitik yanaşmaq;
• Tapşırıqları müstəqil şəkildə yerinə yetirmək bacarığı;
• Əsas şəbəkə protokollarının prinsiplərini anlamaq;
• Monitorinq alətlərdən istifadə etmək bacarığı (PRTG və.s);

Əsas vəzifələr:

• Linux və Windows-a əsaslanan server infrastrukturuna dəstək və onun idarə edilməsi;
• IT sistem nasazlıqlarının qarşısının alınması və problemlərin həll edilməsi;
• Birgə tapşırıqlar üzərində komandada çalışmaq;
• Yeni servisləri fərqli tapşırıqlar əsasında təkmilləşdirmək;
• Bankın mövcüd infrastrukturunu idarə etmək və təkmilləşdirmək;
• Server otağına nəzarəti yerinə yetirmək;
• Gündəlik “backup”-lara, “storage”-lərə nəzarət etmək;
• Lazım olduqda “Main site”-dan “DR site”-a keçidini təşkil etmək.

Göstərilən tələblərə cavab verən namizədlər aprel ayının 10-dək öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Sistem administratoru” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Əvvəlki

    Türkiyəyə getmək istəyən şəxslərin NƏZƏRİNƏ - FOTO

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0