“Turan Bank” və”Express Bank” arasındakı - FƏRQ

16.03.2021 Bank
“Turan Bank” və “Express Bank”ın 2020-ci ilin son rübünə olan hesabatlarına görə adıçəkilən bankların maliyyə göstərcilirərini müqayisə etdik. Hər iki bank maliyyə bazarında pay sahibidir və həmin bazarda özünəməxsus yeri var. Buna görə də bankların əsas maliyyə göstəriciləri bazar iştirakçıları arasında normal səviyyədədir.

“Kommersant.az” analitika saytı olaraq hər iki bankın maliyyə göstəricilərini və arada olan fərqi təqdim edirik:

Madələr

Turan Bank

Express Bank

Cəmi aktivlər

551,736

313,448

Cəmi öhdəlik

471,300

192,340

Cəmi kapital

80,435

121,058

Xalis kreditlər

345,304

194,422

İstehlak kreditləri

49,005

114,023

Biznes kreditləri

240,377

65,477

İpoteka kreditləri

61,857

30,243

Depozit

280,232

118,656

Fiziki şəxlərin depozitləri

213,897

93,523

Hüquqi şəxslərin depozitləri

66,335

25,133

Faiz gəliri

36,206

39,192

Faiz xərcləri

22,586

7,478

Xalis faiz gəliri

13,620

31,714

Qeyri-faiz gəliri

4,122

13,291

Qeyri-faiz xərci

16,641

33,114

Əməliyyat mənfəəti/zərəri

1,101

11,891

Xalis mənfəəti/zərəri

684

6,829

Mənfəət vergisi

171

2,133

Məcmu kapitalı

82,215

117,341

Cədvəldən də göründüyü kimi “Turan Bank” cəmi aktivlərə görə rəqibi “Express Bank”ı 238 milyon 288 min manat üstələyib. Bunun əsas səbəbi isə “Turan Bank”ın xalis kreditlərinin “Express Bank”dan 150 milyon 882 min manat çox olmasıdır. Kredit portfelinin bölgüsündə “Express Bank”ın istehlak kreditləri rəqibindən 65 milyon 18 min manat çox olsa da “Turan Bank” onu biznes kreditlərində174 milyon 755 min manat üstələyib. İpoteka kreditlərinə görə “Turan Bank” “Express Bank”ı 31 milyon 614 min manat geridə qoyub.

Cəmi öhdəliklərdə də “Turan Bank”dan 278 milyon 960 min manat geridə qalan “Express Bank”ın depozit portfeli də rəqibindən az olub. “Turan Bank” depozit portfelində rəqibini 161 milyon 576 üstələyib. Depozit portfelinin bölgüsündə fiziki şəxslərin depozitinə görə “Turan Bank” “Express Bank”ı 120 milyon 374 min manat geridə qoyub. Bundan başqa “Express Bank”ın hüquqi şəxslərdən topladığı depozitlər “Turan Bank”dan 41 milyon 202 min manat az olub.

“Express Bank” cəmi kapitala görə “Turan Bank”ı 40 milyon 623 min manatla üstələyib.

“Express Bank”ın faiz gəliri rəqibindən 2 milyon 986 min manat çox, faiz xərcləri isə 15 milyon 108 min manat az olub. Nəticədə “Express Bank”ın xalis faiz gəliri “Turan Bank”dan 18 milyon 94 min manat çox olub. Qeyri-faiz gəlirində “Turan Bank”ı 9 milyon 169 min manat geridə qoyan “Express Bank”ın qeyri-faiz xərcləri də rəqibindən 16 milyon 473 min manat çoxdur. Buna görə də “Express Bank”ın əməliyyat mənfəəti “Turan Bank”dan 10 milyon 790 min manat çoxdur.

2020-ci ilin 4-cü rübünə olan hesabata görə “Express Bank” xalis mənfəətə görə rəqibini 6 milyon 145 min manatla geridə qoya bilib. Buna görə də “Express Bank” 2 milyon 133 min manat, “Turan Bank” isə 171 min manat mənfəət vergisi veriblər.

Tutumlardan sonrakı məcmu kapitalın məbləğinə görə “Express Bank” “Turan Bank”dan 35 milyon 126 min manat öndədir.

Qeyd edək ki, “Turan Bank”ın Müşahidə şurasının sədri Rauf Kazımov, İdarə Heyətinin sədri isə Fəzail Musayevdir. “Express Bank”ın isə Müşahidə Şurasının sədri Əfqan Cavadov, İdarə Heyətinin sədri isə Mehman Məmmədovdur.