USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankların biznes kreditləri artıb

29.03.2021 Bank
0 0
2021-ci ilin fevralında bankların biznes subyeklərinə ayırdığı kreditlərin həcmi artıb.

"Kommersant.az" Azərbaycan Mərkəzi Bankına (AMB) hesabatına istinadən xəbər verir ki, ötən ay banklar 8 530,7 milyon manat dəyərində biznes krediti verib. Bu yanvar ayı ilə müqayisədə 74 milyon manat çoxdur. Bu ilin ilk ayında biznes kreditlərinin həcmi 8 456,7 milyon manat olub.

Həmin məbləğlərə fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarlara verilən kreditlər də daxildir.

Xatırladaq ki, 2020-ci ilin sonuna biznes kreditlərinin həcmi 8 478,3 milyon manat olub.