Mərkəzi Bankda problem: Bankların əməliyyatları dayandı

12.04.2021 Bank
Bu gün səhər saatlarında bankların xarici köçürmə əməliyyatında problem yaranıb.

"Kommersant.az" xəbər verir ki, cebhe.info-nun əməkdaşı problemi Ziraat Bankda müşahidə edib.

Xaricə pul köçürmələrində yaranan problemin Mərkəzi Bankdan qaynaqlandığı bildirilir.

Sistemdəki problemin nə zaman aradan qaldırılacağı məlum deyil.