USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın ən reytinqli bankı bəlli oldu - Moody’s

14.04.2021 Bank
0 0
Moody’s Investor Service Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq “Kapital Bank”ın reytinqini təsdiq edib.

Bankdan verilən məlumata görə, bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

Agentlik bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi “Ba3” səviyyəsində, kredit ödəmə qabiliyyəti reytinqini (BCA) “b1” səviyyəsində təsdiqləyib. “Kapital Bank”ın reytinqi üzrə proqnozu isə “neqativ”dən “pozitiv”ə yüksəlib. Agentliyin hesabatında bildirilir ki, bu dəyişiklik yaxın 12-18 ayda bankın kredit portfelinin keyfiyyətində gözlənilən yüksəlməni əks etdirir.

““Kapital Bank”ın BCA reytinqinin “b1” səviyyəsində, yerli və xarici valyutada uzunmüddətli depozit reytinqinin isə “Ba3” səviyyəsində müəyyən edilməsi bankın sağlam kredit portfeli, o cümlədən gəlirlilik və kapital adekvatlığı səviyyəsinin yüksək olmasının göstəricisidir. 2020-ci ilin sonuna problemli kreditlərin ümumi kredit portfelindəki payı cəmi 3,3% təşkil edib (2019-cu ilin sonuna – 4,6%). 2020-ci ilin sonuna 22.3% TCE/RWA göstəricisi ilə möhkəm kapitallaşma və yüksək gəlirlilik banka potensial zərərlərin qarşısını almağa və əvvəlki illərdə olduğu kimi dividendləri vaxtında ödəməyə imkan yaradır”, - hesabatda qeyd olunur.

Həmçinin, Moody’s-in rəyində “Kapital Bank”ın kredit portfelinin bir neçə ildir ki, digər banklarla müqayisədə daha keyfiyyətli olduğu bildirilir.

Ölkənin birinci bankı olan “Kapital Bank”, “PAŞA Holding”a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.