USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AYİB Azərbaycandakı layihələr üzrə kredit portfelini - AÇIQLAYIB

26.04.2021 Bank
0 0
2021-ci ilin birinci rübündə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı kredit portfeli 1,2 milyard avrodan çox olub.

"Kommersant.az" Trend.az-a istinadən xəbər verir ki, bu barədə AYİB açıqlama yayıb.

Qeyd olunur ki, kredit portfeli 35 proqramın reallaşdırılması üçün nəzərdə tutulub.

Kredit portfelinin 78 faizi və ya 939 milyon avro dayanıqlı infrastruktura investisiyalara, 20 faizi və ya 240 milyon avro sənaye, ticarət və aqrar sektora investisiyalara, 2 faizi və ya 21 milyon avro maliyyə təşkilatlarına investisiyalara yönəlib.