USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Banklara manatla depozit qoyuluşu neçə faiz artıb? - AMB

26.04.2021 Bank
0 0
Bu il aprelin 1-nə Azərbaycan banklarına manatla depozit qoyuluşu 9 mlrd 722,3 mln manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən xəbərə görə, bu göstərici martın 1-i ilə müqayisədə 6,6%, ilin əvvəlinə nisbətən 2,1%, ötən il aprelin 1-i ilə müqayisədə isə 23% çoxdur.

Martın sonuna banklara xarici valyuta ilə depozit qoyuluşu isə 8 mlrd 979,6 mln manat olub. Bu da aylıq müqayisədə 0,1% az, ilin əvvəlinə nisbətən 1,1% çox, illik müqayisədə isə 12,6% azdır.