"Fitch" Azərbaycana birbaşa xarici investisiyaların artımını proqnozlaşdırır

17.05.2021 Bank
2021-2022-ci illərdə Azərbaycanda birbaşa xarici investisiyaların artımı orta hesabla ümumi daxili məhsulun (ÜDM) 1,7 faizinədək artacaq.

"Kommersant.az" bu barədə "Fitch Ratings" agentliyinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, 2021-ci ildə Azərbacanının cari əməliyyatlar hesabının saldosu müsbətə qayıdaraq ümumi daxili məhsulun 5,9 faizinə, 2022-ci ildə isə 4,7 faizinə bərabər olacaq. Bu, ilk növbədə, daha yüksək neft qiymətləri ilə əlaqədar olacaq.

2020-ci ildə bu göstərici 9,6 faiz azalaraq ÜDM-nin 0,5 faizinə bərabər olmuşdu.

Agentlik proqnozlaşdırır ki, suveren xalis xarici aktivlər üzrə mövqe 2020-ci ilin sonunda qeydə alınan ÜDM-nin 83,1 faizindən 2022-ci ilin sonunda ÜDM-in 84,9 faizinədək artacaq

"2020-ci ildə 2,4 faiz artaraq 21,4 faizə çatmış dövlət borcu 2022-ci ilin sonunda 17,6 faizədək azalacaq".