USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda 19 bank auditdən "üzüağ" çıxmayıb - ARAŞDIRMA

27.06.2018 Bank
0 0
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 28-nin ötənilki mənfəət-zərər göstəriciləri auditdən sonra dəyişib.

"Kommersant" bildirir ki, bu, "Renkinq"in apardığı araşdırma nəticəsində məlum olub.

Yalnız 2 bankın - İran və Pakistan Milli Banklarının Bakı filiallarının maliyyə göstəriciləri auditən əvvəlki ilə eyni olub.

Audit nəticəsində 28 bankdan 12-nin mənfəəti azalıb, 5 bankın zərəri artıb, 2 bank isə mənfəətdən zərərə keçib. Başqa sözlə, 19 bank auditdən "üzüağ" çıxmayıb.

Qalan 9 bankdan isə 4-nün mənfəəti artıb, 2 bankın zərəri azalıb, 3 bank isə zərərdən mənfəətə keçib. Başqa sözlə, bu banklar auditdən "üzüağ" çıxıb.

Bankın adı

Bankın ötənilki mənfəəti / zərəri

Auditdən əvvəl

Auditdən sonra

1

Access Bank

- 56,380

- 57,307

2

AFB Bank

- 12,186

- 11,845

3

AGBank

- 6,688

1,128

4

Amrah Bank

- 8,601

- 19,938

5

Atabank

0,362

- 0,888

6

Azərbaycan Beynəlxalq Bankı

806,004

826,399

7

Azərbaycan Sənaye Bankı

4,357

4,325

8

Azər-Türk Bank

1,144

0,928

9

Bank Avrasiya

6,351

3,267

10

Bank BTB

0,687

0,470

11

Bank of Baku

- 35,428

8,373

12

Bank Respublika

- 10,518

- 1,130

13

Bank Silk Vey

1,600

1,599

14

Bank VTB Azərbaycan

4,753

- 51,441

15

Express Bank

2,026

1,458

16

Günay Bank

4,099

3,550

17

Xalq Bank

17,607

16,942

18

İran Milli Bankı - Bakı

6,923

6,923

19

Kapital Bank

94,840

112,407

20

Muğan Bank

- 6,341

- 7,825

21

Naxçıvan Bank

4,007

3,434

22

NBC Bank

2,914

0,364

23

Nikoyl Bank

- 2,709

- 28,669

24

Pakistan Milli Bankı - Bakı

- 0,105

- 0,105

25

PAŞA Bank

58,994

89,092

26

Rabitəbank

- 11,563

0,217

27

Turan Bank

- 0,725

- 1,654

28

Unibank

4,044

44,437

29

Yapı Kredi Bank Azərbaycan

10,110

7,593

30

Zıraat Bank Azərbaycan

4,063

4,008