USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Turan Bank”ın nizamnamə kapitalı 80 milyon manata çatdırılacaq

02.06.2021 Bank
0 0
“Turan Bank” ASC-nin səhmdarları Bankın nizamnamə kapitalını daha 4 999 922 və yaxud 6,67% artıraraq 75 003 158 manatdan 80 003 080 manata çatdırmağa qərar verib.

Kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 082 manat olan 4 621 ədəd yeni adi, sənədsiz, adlı səhm buraxılacaq.

Qiymətli kağızları mövcud səhmdarların alacağı və yaxud kredit təşkilatına yeni səhmdar cəlb ediləcəyi hələ ki, məlum deyil.

Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 55,3 %-i 20 fiziki şəxsə, 44,7 %-i isə 8 hüquqi şəxsə məxsusdur.