USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

5 Azərbaycan bankının "defolt riski ehtimalı" təsdiq edildi

27.06.2018 Bank
0 0
"Moody's Investors Service" ("Moody's") beş Azərbaycan bankının risk reytinqini (Counterparty Risk Ratings (CRR) Qarşı Tərəfin Risk Qiymətləndirilməsi) təsdiq edib.

Reytinqləri təsdiq edilən banklar "Bank Of Baku" ASC, "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Bank Respublika" ASC, "Kapital Bank" ASC və XALQ BANK ASC-dir.

Counterparty Risk Rating- öhdəliklər üzrə defolt ehtimalına deyilir.

Qarşı Tərəfin Risk Qiymətləndirilməsi "Azərbaycan Beynəlxalq Bankı" üçün B2, "Bank Respublika" üçün B3, "Kapital Bank" üçün Ba2, "Xalq Bank" üçün B2, "Bank of Baku" üçün isə Caa2 səviyyəsində təsdiq edilib.

Moody's qeyd edib ki, borclar və depozitlərin ödənilməsi baxımından, bu banklardan bir çoxuna dövlət dəstəyinin mülayim və ya yüksək qalacağı ehtimal edilir.

İki bank ("Kapital Bank" və "Xalq Bank") üçün reytinqin bir pillə qaldırılması mülayim dövlət dəstəyi ehtimalı ilə izah olunur. Azərbaycan Beynəlxalq Bankın risk reytinqinin 2 pilə qaldırılması isə dövlət dəstəyinin yüksək ehtimalı ilə izah olunur.