USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

TuranBankın Sumqayıt filialı artıq yeni ünvanda

14.06.2021 Bank
0 0
Filial şəbəkəsinin transformasiyası istiqamətində silsilə tədbirlər həyata keçirən TuranBank xidmət şəbəkəsinin təkmilləşdirilməsi məqsədilə bankın Sumqayıt filialını yeni ünvana köçürüb. Bundan sonra filial Sumqayıt şəhəri, H. Əliyev prospekti 136C ünvanında yerləşən daha geniş və müasir standartlara cavab verən yeni ofis binası ilə şəhər sakinlərinin və biznes subyektlərinin xidmətlərdən daha operativ və rahatlıqla istifadə etməsini təmin edəcəkdir.

TuranBankın yeni konsepsiyası əsasında təqdim edilən Sumqayıt filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni ofis müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 17 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBankın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı bu linkdən əldə etmək olar: https://bit.ly/3v4Vnar

Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək, TuranBankın rəsmi veb səhifəsini https://bit.ly/3fUQtbQ

və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.

TuranBank

Bizimlə etibarlıdır…