USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İranda Mərkəzi Banka yeni sədr təyin olunub

01.07.2021 Bank
0 0
İran prezidenti Həsən Ruhani ölkənin Mərkəzi Bankının sədr müavini Əkbər Kemicaninin sədr təyin edilməsi barədə sərəncam imzalayıb.

Bu vəzifə ona İranın İqtisadiyyat və Maliyyə Nazirliyinin təklifi, Nazirlər Kabinetinin təsdiqi əsasında həvalə olunub.

Xatırladaq ki, dövlət başçısı Mərkəzi Bankın keçmiş sədri Əbdünasir Himmətini bu il mayın 30-da tutduğu vəzifədən azad edb. O, 2018-ci ildə bu vəzifəyə təyin olunmuşdu.

Ə.Himməti bu il iyunun 18-də İranda keçirilmiş prezident seçkisində namizəd olub.

Report