USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Manat son ayda xarici valyutalar qarşısında xeyli zəifləyib

26.07.2021 Bank
0 0
Azərbaycan manatının digər valyutalar qarşısındakı mövqeyi yenidən zəifləyib.

“Kommersant.az” xəbər verir ki, iyunda manatın real effektiv məzənnəsi xarici valyutalar qarşısında 101.4 bəndə düşüb. May ayında manatın REM-i 102.4 bənd təşkil edirdi. Bildirək ki, son bir ildə manatın ümumi olaraq real effektiv məzənnəsi son 11 ayın maksimum nəticəsini göstərməklə aprel ayında 104.0 bəndə yüksəlmişdi.

Qeyri-neft sektoru üzrə manatın REM-i 98.1 bənd təşkil edib. Bu isə son bir ay ərzində 1.1 bənd zəifləməsi deməkdir.

Real effektiv məzənnə – manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişməsinin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortalamasını əks etdirir. Yəni milli valyutanın bir neçə valyutaya nəzərən orta çəkili dəyişmə indeksidir.

Real effektiv məzənnə
Aylar ümumi qeyri-neft sektoru üzrə
Yanvar 99.9 96.8
Fevral 100.6 97.3
Mart 102.2 98.9
Aprel 104.0 100.8
May 102.4 99.2
İyun 101.4 98.1