USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bizim biznes modelimizin dayanıqlığı..." - Bank Respublika-nın rəhbəri

26.07.2021 Bank
0 0
Ötən il biz, bütün dünya iqtisadiyyatı olduğu kimi ciddi çağırışlarla üzləşdik.

“Kommersant.az” xəbər verir ki bunu 2021-ci ilin 1-ci yarısının göstəricilərinə münasibət bildirərkən “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov deyib.

Bank rəhbəri bildirib ki, Ötən il biz, bütün dünya iqtisadiyyatı olduğu kimi ciddi çağırışlarla üzləşdik. Lakin, bizim biznes modelimizin dayanıqlığı, hökumətin böhrandan çıxmaq üçün atdığı səmərəli addımlar və komandamızın nizamlı işi bizə pandemiya dövrünü nəinki inamla keçməyimizə və müştərilərimizə dəstək verməyimizə, həm də bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdirməyimizə imkan verdi.

2021-ci ilin ikinci yarısı üçün gözlənilən maliyyə gösriciləri ilə də bağlı açıqlama verən Tariyel İsmayılov "Əminik ki, 2021-ci ilin ikinci yarısında da Bank Respublika qəbul olunmuş strategiyaya uyğun olaraq dinamik inkişafına davam edəcəkdir.” deyə qeyd edib.

Fins