USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsinə başlanılacaq

28.06.2018 Bank
0 0
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi prosesinə başlanılması üçün zəruri təşkilati tədbirlər tam başa çatıb.

Fonddan "Kommersant"a verilən xəbərə görə, Fond tərəfindən zəmanətlərin verilməsi üçün daxili prosedurlar, müvəkkil bankların siyahısı və zəmanət üzrə komissiyalar təsdiq edilib.

Sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi ilə bağlı ilkin olaraq 8 bankla müvafiq müqavilələr bağlanılıb. Hazırda sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi sahəsinə digər bankların cəlbi ilə bağlı daxil olmuş müraciətlərə baxılması davam edir.