USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın bank sektorunun qazancı azaldı

25.08.2021 Bank
0 0
Azərbaycanın bank sektoru 2021-ci ilin yanvar-iyul dövrünü 408.9 milyon manat xalis mənfəət ilə başa vurub. Bank sektoru ötən ilin eyni dövrünü 428.1 milyon manat xalis mənfəət ilə bağlamışdı.

“Kommersant.az” xəbər verir ki, bu ilin ilk 7 ayında bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 19.2 milyon manat və ya 4.5% azalıb.

Bu il avqustun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 33 milyon 681 min manat olub ki, bu da illik müqayisədə 10.4% çoxdur. Bunun 14 milyon 967 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bank sektorunun kredit portfeli 5.4% böyüyüb.

Bank sektorunun öhdəlikləri 12 % artaraq 28 milyon 900 min manata, cəmi kapitalı isə 2.4% artaraq 4 milyon 768 min manat olub.