USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

YeloBank işçi axtarır

10.09.2021 Bank
0 0
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Brendin idarəedilməsi departamentində Rəqəmsal marketinq şöbəsində mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Rəqəmsal marketinq_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Vəzifə öhdəlikləri:

- Məhsullar üzrə veb əsaslı mövcud layihələrin aparılması və yeni təkliflərin verilməsi;
- SEO/SEM, e-mail, sosial media və görüntülü reklam kampaniyaları ilə iş;
- Düzgün hədəf auditoriyalarının təyin olunması;
- Google Analytics, Tag Manager, Data Studio, Yandex Metrica və digər analitik vasitələrlə iş;
- Müxtəlif onlayn platformalar arasında koordinasiyanın təşkili və istifadəçi davranışı baxımından ortaq strategiyaların hazırlanması;
- A/B testlərin edilməsi və nəticələrin analizi;
- Lead-generation məqsədli optimizasiyaları aparılması;
- Bankın rəqəmsal marketinq layihələri ilə bağlı digər struktur bölmələr və vendor şirkətlərlə qarşılıqlı əməkdaşlıq;
- Bazar trendlərinin, yeniliklərin izlənilməsi və onların işdə tətbiqi.

Tələblər:

- Rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
- Xarici dil biliklərinin (Rus, İngilis) olması arzuolunandır;
- Analitik və kreativ düşünmə bacarığı;
- Fərdi və komandada işləmək bacarığı;
- Planlama və strateji yanaşma bacarığı.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.