USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bank Qarabağ Dirçəliş Fondunun xüsusi sertifikatına layiq görülüb

13.09.2021 Bank
0 0
Dövlət bankı Azər Türk Bank işğaldan azad olunmuş ərazilərdə görülən işlərə verdiyi dəstəyə görə Qarabağ Dirçəliş Fondu tərəfindən xüsusi sertifikatla təltif edilmişdir.

Qeyd edək ki, Azər Türk Bank ölkəmizin işğaldan azad edilmiş ərazilərində bərpa, quruculuq və abadlıq işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin fərmanı əsasında yaradılmış Qarabağ Dirçəliş Fonduna maddi dəstək verən ilk banklardan biri olub.

Azər Türk Bank həmçinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və Şəhid ailələrinin təminatına kömək məqsədi ilə yaradılmış “YAŞAT” Fonduna maliyyə dəstəyi göstərmişdir.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.