USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SME Bankçılıq Yay Məktəbi başa çatdı

11.10.2021 Bank
0 0
AccessBank-ın bankçılıq üzrə iş təcrübəsi olmayan və karyerasını Kiçik və Orta Biznes (KOB-SME) sahəsi üzrə qurmaq istəyən universitet məzunları üçün nəzərdə tutulmuş SME Bankçılıq Yay Məktəbi layihəsi sona çatdı. 2 ay davam edən təlimlərin sonuncu həftəsində proqram iştirakçıları final təqdimatı hazırlayaraq, Bankın İdarə Heyətinin üzvləri qarşısında çıxış ediblər. Fərqlənən namizədlər tezliklə Bankda işlə təmin olunacaqlar.

May-iyun aylarında baş tutan sənəd qəbulu zamanı yay məktəbinə qatılmaq üçün çoxsaylı müraciətlər daxil olub. Bakı və bölgələrdən olan məzunlar ilkin mərhələdə iştirak etmək üçün CV və video formatında sualları cavablandıraraq müraciət ediblər. Layihəyə qatılmaq üçün namizədin bankçılıq haqqında ümumi təsəvvürü, maraqları, məntiqi təfəkkürü və dünyagörüşü nəzərə alınıb. Sonda 9 universitetin 15 məzunu proqrama qatılıb. Onlar Bankda Kiçik və Orta Biznes (KOB-SME) sahəsi üzrə biliklər əldə edərək, iş prosesi ilə yaxından tanış olublar. Qeyd edək ki, AccessBank təcrübəsiz gənclərə iş şansı vermək ənənəsinə sadiqdir. Hazırda Bankda rəhbər vəzifələrdə çalışan əksər əməkdaşlar Banka heç bir iş təcrübələri olmadan, universitetdən məzun olaraq gəliblər.