USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AccessBank” səhm kapitalını artıracaq

20.10.2021 Bank
0 0
Azərbaycan xarici kapitallı bankı “AccessBank” QSC-nin sədri vəzifəsini müvəqqəti icra edən Yevgeniya Qaşikulina Trend agentliyinə müsahibəsində kapital artımına gediləcəyinin “gözlənildiyini” deyir.

“Kommersant.az” xəbər verir ki, bu barədə “Bankın nizamnamə kapitalının artırılması ehtimalı yaxın gələcəkdə nəzərdə tutulurmu? Əgər belə bir ehtimal varsa, o zaman proses necə həyata keçiriləcək?” sualına cavabında deyib.

Sədr bildirir ki, bu məsələ illik planlaşdırmanın bir hissəsidir: bank makroiqtisadi təhlil apararkən biznes mühitinin inkişaf perspektivlərini müəyyənləşdirir və bütün əlaqədar riskləri müəyyən edir.

“Təhlilin nəticələrinə əsasən, həmçinin bankın strateji planlarını və ambisiyalarını nəzərə alaraq kapital haqqında qərar qəbul edilir. Bu il də eyni proses gözlənilir və ilin sonuna yaxın kapitalın artırılıb-artırılmayacağı bəlli olacaq”- deyə, Yevgeniya Qaşikulina deyir.