USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bank sahibkar müştərilərin rahatlığı üçün məsafədən xidmətə üstünlük verir

09.12.2021 Bank
0 0
Dövlət bankı Azər Türk Bankın son dövrdə qurduğu ekosistem hüquqi şəxs və fərdi sahibkar olan müştərilərə onlayn qaydada xidmət göstərməyə tam imkan verir.

Müştərinin istənilən bank xidmətini internetdən, mobil əlavədən və digər vasitələrlə məsafədən əldə edə bilməsi üçün Bank tərəfindən hər bir şərait yaradılmışdır.

Belə ki, sahibkar Azər Türk Bankın internet səhifəsinə daxil olub onlayn müraciət göndərməklə fərqli valyutalarda, heç bir ödəniş etmədən müxtəlif növ hesablar açmaq imkanına malikdir.

Bankın “ATB business” internet-bankçılıq xidmətinə qoşulmaqla müştərilər öz hesablarını dünyanın istənilən nöqtəsində, günün istənilən vaxtı izləyə və idarə edə, bank əməliyyatlarının geniş çeşidini banka gəlmədən həyata keçirə bilir. Qeyd edək ki, Azər Türk Bankda hesabı olmayan şəxslər də “ATB Business” internet-bankçılığa qoşula bilərlər. Qeydiyyat zamanı onlayn hesabın açılması barədə həmin şəxsə təklif gəlir. Hesab açıldıqdan sonra qeydiyyat Bank tərəfindən tamamlanır.

Son texnologiyaların tətbiqi sayəsində “ATB Business” xidmətindən istifadə intuitiv şəkildə aparılır, əsasən qayda və təlimatlara müraciət etməyə ehtiyac qalmır.