USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yelo Bank əməkhaqqı hesablama və kargüzarlıq yönümlü proqram təminatı üzrə tender elan edir

28.03.2022 Bank
0 0
“Yelo Bank” ASC İnsan Resurslarının İdarə edilməsi üzrə elektron sistemin yaradılması məqsədilə açıq tender elan edir.

Texniki şərtlər tenderdə iştirakını təsdiqləyən şirkətlərə elektron məktub vasitəsilə göndəriləcək.

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
Qiymət təklifi (Azərbaycan manatı və ƏDV ilə qeyd olunmalı)
Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
İddiaçının hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli (Lisenziyanı təqdim edə bilməsi haqqında məlumat, portfolio və s.)
Tender qalibinin Yelo Bankda hesab açmasına dair sənədlər (Tender qalibi elan olunduqdan sonra)
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəc:
İştirakçı şirkətin bu sahədə təcrübəsi və xidmət göstərdiyi şirkətlər bazası
Təklif edilən Sistemin funksionallığı
Təklif ediləcək məhsulun qiyməti
Proqramın istismara verilmə müddəti
Tender təklifinin təqdim edilməsi üçün son tarix:
Tender təklifləri 8 aprel 2022-ci il, Bakı vaxtı ilə saat 18:00-a qədər Bakı ş. Həsən Bəy Zərdabi küçəsi 81 K ünvanına təqdim edilməlidir;
Zərflər bağlı və hər küncü möhürlənməlidir;
Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul olunmayacaq.
Ödəniş və digər şərtlər
Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 10%-i həcmində Bank zəmanəti təqdim etməlidir. Əks halda zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30%-ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.
Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
Satınalan təşkilatın ünvanı
Bakı ş. Həsənbəy Zərdabi 81K,

Əlaqələndirici şəxs:

Həcər Kamalova

Təchizat və satınalma şöbəsinin mütəxəssisi
+99412 981 daxili 2057
+99450 710 73 43

[email protected]

[email protected]

Tenderin nəticəsi haqqında məlumat
Tenderin nəticəsi haqqında məlumat tenderin hər bir iştirakçısına təqdim ediləcəkdir.