USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bankın yeni sədri kollektivə təqdim olunub - O bunları deyib…

14.04.2022 Bank
0 0
Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Azərbaycan Mərkəzi Bankının (AMB) yeni sədri təyin edilmiş Taleh Kazımov kollektivə təqdim olunub.

"Kommersant.az" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, yeni sədri kollektivə dövlət başçısının köməkçisi, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov təqdim edib.

T.Kazımov ona göstərilən yüksək etimada görə təşəkkür edib, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, dayanıqlı iqtisadi inkişafı dəstəkləyən pul siyasətinin həyata keçirilməsi, maliyyə-bank sisteminin inkişafı, elektron ödəniş eko-sisteminin daha da gücləndirilməsi, nağd pul tədavülünün keyfiyyətinin davamlı yüksəldilməsi və digər istiqamətlərdə qarşıya qoyulan hədəflərin layiqincə yerinə yetirilməsi, aparılan islahatların daha da dərinləşdirilməsi və hər bir vətəndaşın keyfiyyətli maliyyə, o cümlədən bank, kapilal bazarları və sığorta xidmətlərilə əhatə olunması vəzifələrinin layiqli şəkildə icrasının təmin ediləcəyini diqqətə çatdırıb.