Azərbaycanda 4 bağlanmış bankın əmanətçiləri 660 milyon manatdan çox kompensasiya alıb

05.05.2022 Bank
Bu il yanvarın 1-nə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Azərbaycan Mərkəzi Bankının 2020-ci ildə lisenziyalarını ləğv etdiyi “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin qorunan əmanətçilərinə 660,9 milyon manat kompensasiya ödəyib.

Bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu məbləğ 25 mindən çox əmanətçiyə ödənilib.

Xatırladaq ki, ADİF fəaliyyətdə olduğu 15 il ərzində 1 494,4 milyon manat kompensasiya ödəyib. Kompensasiya alan əmanətçilərin ümumi sayı təxminən 53,8 min nəfərdir.