USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank sektorunun istehlak kreditləri portfeli 31% böyüyüb

24.05.2022 Bank
0 0
Cari ilin 30 aprel tarixinə olan məlumata əsasən, Azərbaycan banklarının kredit portfeli 17 mlrd. 840.4 mln. manat təşkil edir. Bunun 10 mlrd. 328.3 mln. manatı və ya 57.9%-i biznes kreditlərinin, 4 mlrd. 940.6 mln. manatı və ya 27.7%-i istehlak kreditlərinin, 2 mlrd. 571.5 mln. manatı və ya 14.4%-i isə ipoteka kreditlərinin payına düşür.

Qeyd edək ki, ötən ilin 30 aprel tarixinə olan göstəricilərlə müqayisədə bankların kredit portfelinin həcmi 22.1% artıb. O cümlədən, biznes kreditləri, istehlak kreditləri və ipoteka kreditləri portfelində də artım var. Bu artımlar müvafiq olaraq 18.9%, 30.8% və 19.8% təşkil edib.